Ronaldinyonun \"Qalatasaray\"a gedən yolunu kim \"bağlayıb\"?

Ronaldinyonun \"Qalatasaray\"a gedən yolunu kim \"bağlayıb\"?

Türkiyənin "Qalatasaray" futbol komandasının idarə heyətinin üzvü Abdürrahim Albayraq, məşhur braziliyalı futbolçu Ronaldinyonun transferinin reallaşmamasının səbəblərini mətbuata açıqlayıb. Siasport.az saytının məlumatına görə Albayrak, Fatih Terimin transferdə hər zaman klubunu düşünərək hərəkət etdiyini deyib. Ünal Aysalın Fatih Terimə "Ronaldinyonu istəsəniz, dərhal transfer edə bilərik\" dediyini ifadə edən Albayrak, amma, F.Terimin \"Səhər idmanlarına içkili gələn bir futbolçu bizə lazım deyil\" deyərək öz etirazını bildirdiyini mətbuata açıqlayıb.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə