Pan Gi Mun futbol oynamaq istədi, sonda əlini sındırdı

Pan Gi Mun futbol oynamaq istədi, sonda əlini sındırdı
BMT-nin Baş katibi Pan Gi Mun diplomatlar komandası ilə futbol oynayarkən əlini sındırıb. Bu barədə BMT-nin mətbuat katibi Martin Nesirki məlumat verib. M.Nesirki jurnalistlər qarşısında çıxışında bildirib ki, gümrah vəziyyətdə olan 67 yaşlı baş katib 6 həftə gipsdə olacaq. Pan Gi Munun mayın 12-də keçirilən yaz futbol turniri çərçivəsində BMT komandasının diplomatlarla oyunu zamanı yıxılması nəticəsində sol əlinin sümüyündə kiçik çat əmələ gəlib. Mətbuat katibi qeyd edib ki, buna baxmayaraq, BMT-nin baş katibi özünü tamamilə normal hiss edir, əhvalı yaxşıdır. Birləşmiş Millətlər Təşkilatının bütün dünyanı dolaşan lideri müntəzəm olaraq qaçmaq üçün vaxt tapır, habelə BMT-nin idman tədbirlərində iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə