Akrobatika gimnastikası üzrə Bakı şəhər birinciliyi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi tədbirlər planına müvafiq olaraq Səbail rayon İOEUGGM-də akrobatika gimnastikası üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə "Təhsil" RİM (23 idmançı), 4 №-li İOEUGGM (10 idmançı), 13 №-li İOEUGGM (6 idmançı), "Neftçi" İSM-i (20 idmançı) təmsil edən 59 idmançı (onlardan 27 nəfəri qızlardır) iştirak edib.

Məlumat üçün bildirək ki, yarışda oğlanlar arasında - qoşa hərəkətlərdə idman ustası üzrə I yerə Elçin Əlibəyov və Emin Gülməmmədli, idman ustalığına namizəd üzrə I yerə Ağasif Rəhimov, Zahid Quluzadə, dördlü hərəkətlərdə idman ustası üzrə I yerə Emin Musayev, Canbaxış Sultanlı, Bəxtiyar İbrahimov, Cəlal İbrahimov, idman ustalığına namizəd üzrə I yerə Məmməd Nuriyev, Orxan İsmayılov, Fuad Nəzərli, Əlinur Məmmədzadə, qarışıq hərəkətlərdə idman ustası üzrə İbrahim Rəcəbli, Emiliya Nəzərli, I dərəcə üzrə I yerə İsmayıl İsmayılov, Nahidə İsmayılova layiq görülüb. Qızlar arasında – qoşa hərəkətlərdə idman ustasına namizəd üzrə Zəminə Həsənova və Aişə Məmmədova, I dərəcə üzrə I yerə Cəmilə İbrahimli, Əzizə Quliyeva çıxıb.

Qeyd edək ki, birincilikdə I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə