Güləş üzrə son Olimpiya təsnifat turniri başlayır

Güləş üzrə son Olimpiya təsnifat turniri başlayır

Mayın 4-6-da Finlandiyanın Vantaa şəhərində güləş üzrə son Olimpiya təsnifat turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, Azərbaycanı bu yarışda 5 idmançı təmsil edəcək. Sərbəst güləşçilərin turnirində mübarizəyə Mahmud Məhəmmədov (55 kq), yunan-Roma güləşində Vitali Rəhimov (66 kq) və Məsud Həşimzadə (120 kq), qadınlar arasında Nadya Sementsova (63 kq) və Dina İvanova (72 kq) qoşulacaq. Finlandiyaya həmçinin yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Saleh Bora, sərbəst güləş yığmamızın böyük məşqçisi Firdovsi Umudov, qadınlardan ibarət güləş yığmamızın baş məşqçi əvəzi Məhəmməd Əliömərov, qadınlardan ibarət yığmamızın böyük məşqçisi Qrek İqnat, eləcə də Olimpiya dərəcəli hakim Əjdər Cəfərov və beynəlxalq dərəcəli hakim İntiqam Alıyev də yola düşəcək. Turnirin proqramına əsasən, mayın 4-də sərbəst güləşçilər, mayın 5-də və 6-da isə yunan-Roma və qadın güləşçilər mübarizəyə qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə