Bu gün “Qarabağ” klubu “Simurq”un qonağı olacaq

Bu gün “Qarabağ” klubu “Simurq”un qonağı olacaq
Əvəzedici heyətlərin Azərbaycan çempionatında 30-cu turun oyunları keçiriləcək. Siasport.az saytının məlumatına görə, tur çərçivəsində Ağdamın "Qarabağ" klubu "Simurq"la qarşılaşmaq üçün Zaqatalaya səfər edib.

Qeyd edək ki, görüş bu gün saat 16:00-da Zaqatala şəhər stadionunda baş tutacaq. Oyunu Namiq Bəkirov, Səbuhi Əmrahov, Müslüm Mövludov və Əli Əliyevdən ibarət hakimlər heyəti idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə