“İnter” – “Xəzər Lənkəran” oyununun vaxtı dəyişdirildi

“İnter” – “Xəzər Lənkəran” oyununun vaxtı dəyişdirildi
Unibank Premyer Liqası XXX turu çərçivəsində \"İnter\" - \"Xəzər Lənkəran\" oyununun başlama vaxtı dəyişdirilib. Siasport.az saytının məlumatına görə, aprelin 29-da saat 17:00-da başlaması nəzərdə tutulan görüş 2 saat gec – 19:00-da start götürəcək.

Qeyd edək ki, buna səbəb qarşılaşmanın canlı yayımlanmasıdır. Azərbaycan çempionunun adına aydınlıq gətiriləcək turda ilk "altılıq"da baş tutacaq hər 3 oyunun eyni saatda başlaması planlaşdırılırdı. Digər 2 matç saat 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə