Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci cavab görüşü keçirilib. Siasport.az saytı xəbər verir ki, digər yarımfinal matçında olduğu kimi bu oyun da gərginliyilə yadda qalıb və "Barselona" kimi "Real" Madrid də rəqibi qarşısında boyun əyib. Çoxları ilk görüşdə Münhen "Bavariya"sına 1:2 hesabı ilə uduzan "kral klubu"nun bu oyunda asan qələbə qazanaraq finala vəsiqə qazanacağını düşünürdü. Kriştiano Ronaldonun 6 və 14-cü dəqiqələrdə vurduğu iki erkən qolu bu fikri daha da möhkəmləndirdi. Və burda "Sən saydığını say, gör fələk nə sayır" el məsəli yada düşdü.
27-ci dəqiqədə Robenin vurduğu qol və tərəflərin qalan dəqiqələrdə fərqlənə bilməməsi oyunu əlavə vaxta daşıdı. Burada da hesab dəyişməyincə penaltilərə ehtihac duyuldu. Qapılara endirilən 10 zərbənin 5-i dəqiq olmasa da, bəxt qonaq "Bavariya" komandasının üzünə güldü. \"Real\"dan penaltiləri dünya ulduzları Kriştiano Ronalda, Kaka və Serxio Ramos dəqiq yerinə yetirə bilmədilər.
Beləliklə, may ayında Münhendə keçiriləcək final görüşündə "Bavariya" "Çelsi"lə qarşılaşacaq.
\"Real\" (Madrid, İspaniya) - \"Bavariya\" (Almaniya) (ilk oyun - 1:2) - 2:1 (Penaltilər seriyası - 1:3)
Qollar: Ronaldo, 6-pen (1:0), 14 (2:0), Roben, 27-pen (2:1)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB