"Real"-"Barselona" derbisində ən bahalı biletin qiyməti  7 789 avrodur!

"Real"-"Barselona" derbisində ən bahalı biletin qiyməti 7 789 avrodur!
Aprelin 21-də İspaniya La Liqası çərçivəsində keçiriləcək "Real"-"Barselona" qarşılaşmasını izləmək istəyən azarkeşlər, böyük xərcə düşməli olacaqlar. Siasport.az saytı xəbər verir ki, "El Klacciko"da ən bahalı biletin qiyməti VİP lojalar üçün 7 789 avro, digər sektorlar üçünsə 2500 və 1500 avroya qədər nəzərdə tutulub. "Real"-"Barselona" oyununu izləmək istəyən ən kasıb azarkeş isə ən yararsız loja üçün 300 avro "tərləməlidir". İspaniya la Liqasının qurtarmasına az qalmış bu derbi qarşılaşmasına maraq olduqca yüksəkdir. İspaniya mətbuatı xəbər verir ki, bu derbini dünyada 400 milyon futbol azarkeşi izləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə