Qardaş ölkədə "danışılmış oyunlar"la bağlı həbslər yenidən vüsət alıb. Türkiyə mətbuatına istinadən xəbər verilir ki, bu dəfə hədəf "Qaziantep" futbol klubudur. Polisin apardığı əməliyyat nəticəsində komandanın prezidenti İbrahim Qızıl başda olmaqla 40-dək şəxsin tutulduğu bildirilir.
Yerli prokurorluğun verdiyi açıqlmaya görə, onlar "danışılmış oyunlar"ın iştirakda şübhəli bilinirlər. Xəbərə görə, klubun stadionunda, mənzil-qərargahında, həmçinin İ.Qızılın evində axtarışlar aparılıb.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Futbol Federasiyası "danışılmış oyunlar"a görə 11 nəfəri ömürlük futboldan kənarlaşdırmışdı. Onların içərisində keçmiş futbolçular, məşqçilər və menecerlər də var.
Ötən ilin aprelində isə hökumət futbolda korrupsiyanı gücləndirmək məqsədilə qanunları daha da sərtləşdirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB