Xəbər verdiyimiz kimi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Bakıda işgüzar səfərdədir. Federasiyadan Siasport.az saytına verilən xəbərə görə, Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının (İFSС) vitse-prezidenti Aleksandr Yefimoviç Piratinski Federasiyanın ofisində FAİREX-in idman klublarının fəallarının və dağçılıq məktəbinin hakimlik kursu dinləyicilərinin peşəkarlıq səviyyəsinin artırılması üçün master-klass keçib. A.Piratinski, qayaya dırmanma üzrə Dünya Kubokunun mərhələ yarışlarının 2013-cü ildə Bakıda keçirilməsi üçün FAİREX-in İFSС-yə müraciət etdiyini, gəlişinin əsas məqsədinin isə Dünya Kuboku yarışlarının keçirilməsi üçün yerlərin seçilməsi və ümumi tanışlıq xarakteri daşıdığını qeyd edib. O, həmçinin FAİREX-in ən yüksək səviyyəli beynəlxalq yarışları keçirməyə böyük potensialının olduğunu da vurğulayıb. A.Piratinskinin sözlərinə görə Azərbaycanda bu idman növü üzrə maddi texniki baza dünya səviyyəsində ən qabaqcıllardan biridir və Azərbaycanın bu cür ciddiliklə sözügedən idman növü ilə məşğul olması beynəlxalq federasiya üçün tapıntıdır.
O, FAİREX-in ən cavan və sürətlə inkişaf edən federasiyalardan biri olduğunu bildirərək, süni qayaya dırmanma divarlarının, idman meydançalarının seçilməsinin, eləcə də aparılacaq məsləhətləşmələrin Azərbaycanda 2013-cü ildə keçirilməsi nəzərdə tutulan Qayaya dırmanma üzrə Dünya Kubokunun mərhələ yarışlarına hazırlıq məqsədi daşıdığını da qeyd edib.
Məlumat üçün bildirək ki, eyni zamanda qonaq, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 2010-cu ilin əvvəlindən İFSС-nin üzvü olduğunu və bu qısa müddət ərzində FAİREX-in işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının İFSС-nin diqqətini cəlb etdiyini, həmçinin Azərbaycan idmançılarının Federasiyanın yaratdığı şəraitdən səmərəli istifadə edərək yüksək səviyyəli yarışlarda nailiyyətlər qazanacaqlarına ümidvar olduğunu qeyd edib.
Qeyd edək ki, səfər proqramı çərçivəsində - 30 mart 2012-ci il tarixində A.Piratinskinin Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşü olub. Görüşdə 2013-cü ildə Dünya Kuboku yarışlarının və beynəlxalq yarışların Bakıda keçirilməsi, idman qayaya dırmanmasının 2020-ci ildə keçiriləcək Olimpiya oyunları sırasına daxil edilməsi, o cümlədən 2020-ci ildə Olimpiya oyunlarının Bakıda keçirilməsi, eyni zamanda Beynəlxalq İdman Qayaya dırmanma Federasiyası ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası və Azərbaycan Milli Olimpiya Komitəsi arasındakı əlaqələrin koordinasiya olunması barədə danışıqlar aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB