Xəbər verdiyimiz kimi, Sərhədçi Olimpiya İdman Mərkəzində futzal üzrə milli komandamız Rusiya yığmasını qəbul etdi. Siasport.az saytının məlumatına görə, Futzal üzrə dünya çempionatının play-off mərhələsində ilk oyununu keçirən millimiz 2:3 hesabı ilə məğlub oldu.
Qeyd edək ki, komandamız matçın ilk dəqiqələrində çox gözəl oyun sərgilədi. Belə ki, millimizin heyətində çıxış edən Felipe bir neçə dəfə qol vurmağa yaxın olsa da, buna müvəffəq ola bilmədi. Bunun qarşılığında Rusiya yığması 12-ci dəqiqədə hesabı açdı. Oyunun sonrakı dəqiqələrində hücumların sayını daha da artıran ruslar hesabı 3:0 –a qədər artırdı. Lakin, bundan sonra özünü ələ ala bilən komandamız qarşılaşmanın sonuna yaxın Kaka və İlkin Hacıyevin sayəsində hesab arasındakı fərqi 2:3-ə qədər azaltdı. Buna baxmayaraq futzalçılarımız doğma azarkeşlər qarşısında məğlubiyyətdən yaxa qurtara bilmədi.
Xatırladaq ki, komandalar arasında cavab görüşü aprelin 9-da Rusiyanın Tümen şəhərində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB