Martın 23-25-də Macarıstanın Doroq şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, 2012-ci il üçün nəzərdə tutulan təqvim planına əsasən yığma komandanın üzvləri bu turnirdə iştirak edib.
Məlumat üçün bildirək ki, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 11 idmançı mübarizə aparıb. 16 ölkədən 170 güləşçinin mübarizə apardığı turnirdə pəhləvanlarımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal əldə ediblər. Qızıl medalları yığmamıza Mikayıl Rəhmanov (46 kq), Elnur Həsənov (50 kq), Kərim Cəfərov (54 kq) və Ruhin Mikayılov (63 kq), gümüş medalları isə Sənan Süleymanov (42 kq), Cavid Ələkbərzadə (58 kq), Şəmistan Quluzadə (69 kq) və Elməddin Ramazanov (76 kq) qazandırıb. Elgün Hüseynov (42 kq) və Sadiq Bağırov (69 kq) bürünc medalla, Hikmət Ağayev (50 kq) isə beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, komanda hesabında turniri Macarıstan birinci, Azərbaycan ikinci, Ukrayna isə üçüncü sırada tamamlayıb.
Onu da əlavə edək ki, turnirdə uğurla çıxış edən komandamızın üzvləri aprel ayının 2-nə qədər Macarıstan yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB