Çempionlar Liqasının final həyəcanı Bakıda yaşanacaq

Çempionlar Liqasının final həyəcanı Bakıda yaşanacaq

2011-2012-ci il mövsümündə "Çempionlar Liqası"nda iki komandamız -"Rabitə" və "Azərreyl" klubları mübarizə aparırdı. Siasport.az saytının məlumatına görə, yarım-finala kimi irəliləyən komandalarımız yarım finalda mübarizəni dayandırdı. "Azərreyl" "Dinamo Kazan" klubuna, "Rabitə" isə "Fənərbaxça" komandalarına məğlub oldular. Buna baxmayaraq "Çempionlar Liqası"nin Final mərhələsi paytaxtımız Bakıda keçiriləcək. Finalda Türkiyənin "Fənərbaxça Universal Istanbul", Rusiya Federasiyasının Kazan şəhərinin təmsilçisi olan "Dinamo Kazan", Fransanın "RC Cannes" və İtaliyanın "MC-Carnaghi Villa Cortese" komandaları qarşılaşacaq. Ümumilikdə martın 24-də keçiriləcək görüşə gəldikdə isə, həmin gün aşağıdakı komandalar mübarizə aparacaq:

16:30. "RC Cannes" - "MC-Carnaghi Villa Cortese"

19:30. "Fənərbaxça Universal Istanbul" - "Dinamo Kazan".

Bütün xəbərlər Facebook səhifəmizdə