Volkan Dəmirəl: "Muslera məndən daha yaxşı qapıçıdır"

Volkan Dəmirəl: "Muslera məndən daha yaxşı qapıçıdır"
Şənbə günü "Qalatasaray"la öz meydanında derbi oyununa çıxacaq "Fənərbaxça" klubunda, bu qarşılaşma ilə bağlı açıqlamalar səngimək bilmir. Siasport.az saytı xəbər verir ki, futbolçuların ardınca, indi də qapıçı Volkan Dəmirəl də əzəli rəqibləri barədə fikirlərini mətbuata açıqlayıb. Derbi qarşılaşmasında "Fənərbaxça"nın əsl gücünü ortaya qoyacaqlarını deyən V.Dəmirəl, "Qalatasaray" üzərində qələbə qazanmaqla həm psixoloji üstünlüyə sahib olmaq istədiklərini, həm də turnir cədvəlində "Qalatasaray"la aralarındakı xal fəqrini azaltmağı düşündüklərini bildirib. Gənc qapıçı, "Qalatasaray"ın bir çox ulduz futbolçulardan qurulduğunu deyərək, bu komandaya qarşı oynamağın həm də olduqca çətin olacağını vurğulayıb. V. Dəmirəl eyni zamanda "Qalatasaray"ın gənc qolkiperi Fernando Musleranın ondan daha bacarıqlı  olduğunu etiraf edərək, bu qapıçının olduqca gözəl perspektivə sahib olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə