“Xəzər Lənkəran” “Qarabağ”la bacarmadı

“Xəzər Lənkəran” “Qarabağ”la bacarmadı

Unibank Premyer Liqasının XXIII turunda "Xəzər Lənkəran" klubu "Qarabağ"la görüşmək üçün Ağdamın Quzanlı qəsəbəsinə səfər edib. Siasport.az saytının məlumatına görə, səfər oyunu cənublulara uğur gətirməyib. Belə ki, 1:0 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"ın "Qarabağ"la xal fərqi sıfıra bərabər olub. Matçda vurulan yeganə qolun müəllifi 69-cu dəqiqədə Giorgi Adamia olub. Meydanın mərkəzi ilə növbəti sürətli hücumunu təşkil edən Giorgi Adamia önündə yaranmış böyük boşluqdan istifadə edərək topu cənubluların qapısına göndərib. Gürcü futbolçunun topu qapıdan keçirməsinə müdafiəçilər mane ola bilməyib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə