Dünən İtaliya A Seriyasında 26-cı turun ilk qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, səfərdə "Kievo"nun qonağı olan "İnter" klubu, nəhayət ki, məğlubiyyətlər seriyasına son verərək 2:0 hesablı qələbə qazanıb. Qarşılaşmada 90 dəqiqə ərzində meydanda üstün tərəf olan Milan təmsilçisi, yalnız oyunun son dəqiqələrində rəqibin qapısından iki top keçirərək qələbəyə sevinib. Bundan başqa doğma azarkeşlər qarşısında "Kalyari"ni qəbul edən "Napoli" də qələbəyə sevinən tərəf olub. Olduqca dramatik keçən qarşılaşmada "Napoli" 6:3 hesablı qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB