Azərbaycan Ukraynada keçiriləcək beynəlxalq futbol konqresində iştirak edəcək
Martın 31-dən aprelin 1-ə qədər Ukraynanın "Şaxtyor" klubunun akademiyasının təşkilatçılığı ilə Donetsk şəhərində uşaq futbolu üzrə beynəlxalq konqres keçiriləcək. Siasport.az saytının məlumatına görə, sayca ikinci olacaq beynəlxalq konqresdə ölkəmizlə yanaşı Rusiya, Belarus, Gürcüstan, Moldova, Ermənistan və yerli futbol federasiyaları ilə birlikdə klubların da iştirak edəcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, keçiriləcək konqresdə Azərbaycanı "Qəbələ" klubu təmsil edəcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB