"Qalatasaray" "Beşiktaş"a yerini göstərdi...

"Qalatasaray" "Beşiktaş"a yerini göstərdi...
Dünən Türkiyə Superliqasında növbəti turun sonuncu oyunları keçirilib. Siasport.az saytı xəbər veriri ki, əsas diqqətlər İstanbulun iki nəhəng komandası olan "Beşiktaş" və "Qalatasaray" arasında keçirilən derbiyə yönəlmişdi. Hər iki komandanın əzəli rəqibi hesab olunan "Fənərbaxça"nın bir gün əvvəlki səfər qarşılaşmasında "Eskişehirspor"a 1:2 məğlub olmasından sonra, həm "Beşiktaş", həm də "Qalatasaray" 3 xal qazanmaq uğrunda amansız mübarizə üçün meydana atılmışdılar.
"Türk Telekom Arena"da oynanılan derbidə qazanan tərəf "Qalatasaray" olub. Yohan Elmanderin dublu və Melonun qolu ilə əzəli rəqibini 3:2 hesabı ilə məğlubiyyətə uğradan "Qalatasaray", "Fənərbaxça"nı 9, "Beşiktaş"ı isə 14 xal fərqi ilə geridə qoyur. Bununla da bu il hansı komandanın Türkiyə çempionu olmaq şansının çox olduğu ortaya çıxıb. Keçirilən digər qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
"Orduspor" – "Kayserispor" – 1:0
"Karabükspor" - "Ankaragücü" - 3:2
"Manisaspor" - "Qaziantepspor" - 0:2
"Samsunspor" - "Bursaspor" - 0:3
"Eskişehirspor" - "Fənərbaxça" - 2:1
"Gənclərbirliyi" - "Sivasspor" - 3:3
"İstanbul BB" - "Antalyaspor" - 4:0
"Trabzonspor" – "Mersin İdmanyurdu" - 2:3
"Qalatasaray" - "Beşiktaş" - 3:2

Bütün xəbərlər Facebook səhifəmizdə