Roma 2020-ci ildə keçiriləcək Olimpiadaya “ev sahibi” olmaqdan niyə imtina edib?
Roma 2020-ci ildə keçiriləcək Olimpiadaya "ev sahibi" olmaqdan imtina edib. Siasport.az saytı xəbər verir ki, İtaliya hökumətinin bu qərarı Olimpiya oyunlarının keçirilməsi üçün çox böyük məbləğdə xərc tələb edilməsi ilə bağlıdır. İtaliyada nəşr olunan "Corriere della Sera" qəzetinin yazdığına görə, ölkənin Baş naziri Mario Montinin fikrincə, iqtisadi böhran dövründə İtaliya bu cür xərcləri özünə rəva görə bilməz. Bununla belə, hətta hazırda ölkənin gərgin iqtisadi böhran keçirməsinə baxmayaraq, Olimpiadanın keçirilməsindən imtina edilməsi haqqında qərar qəbul edilməsi mürəkkəb məsələ sayılır. İtaliyanın Olimpiadanın keçirilməsindən imtina etməsi nəzərə alınmaqla, 2020-ci il Olimpiya oyunlarının keçirilməsi hüququ uğrunda Bakı, Tokio, Madrid, İstanbul və Doha şəhərləri mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB