FİFA U-17 Qadınlararası Dünya Çempionatının YTK üzvləri ADA-da olub

FİFA U-17 Qadınlararası Dünya Çempionatının YTK üzvləri ADA-da olub

FİFA U-17-nin Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin (YTK) üzvləri daha bir təqdimat mərasimini gerçəkləşdirib. Növbəti təqdimat Azərbaycan Diplomatik Akademiyasının tələbələri üçün təşkil olunub. Siasport.az saytının Azərbaycan Futbol Federasiyaları Asaosasiyasının rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, YTK üzvləri ADA tələbələrinə könüllülük proqramı və iş imkanları haqqında məlumat verib.

Məlumat üçün bildirək ki, təqdimatda 40-a yaxın iştirakçı olub və onlar sentyabrın 22-dən oktyabrın 13-ə qədər tarixlərində keçiriləcək çempionatın səhnəarxası işlər haqqında məlumatlandırılıblar.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə