Daha bir komandamız vətənə qayıdır

Daha bir komandamız vətənə qayıdır

Xəbər verdiyimiz kimi, dünən "Xəzər Lənkəran" klubu "Şinnik"lə keçirdiyi son oyundan sonra vətənə qayıdır. Siasport.az saytının məlumatına görə, bu gün Azərbaycanın digər klubu "Qarabağ"-da vətənə qayıdır. Türkiyənin Antalya şəhərində 21 günlük təlim-məşq toplanısında olan komanda, sonuncu yoldaşlıq oyununu "Vit-Corciya"ya qarşı keçirmiş və 3:1 hesabı ilə qalib gəlmişdir.

Xatırladaq ki, "Qarabağ" Antalyadan ayrılaraq Antalya-İstanbul-Bakı reysi ilə vətənə gələcək.

Qeyd edək ki, komandanın bu gün saat 20:00-da Bakıda olması gözlənilir.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə