"Neftçi" futbol klubunun Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında iştirak etdiyi xəbərini vermişdik. Siasport.az saytının "Neftçi" PFK-nın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Flaqman Antalyada keçiriləcək Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək. Bu gün sözügedən beynəlxalq turnirin püşkatma mərasimi keçirilib. Püşkatmaya əsasən turnirdə iştirak edəcək 8 komanda 2 qrupa bölünüb. Məlumat üçün bildirək ki, artıq Flaqmanın rəqibləri aydınlaşıb. Belə ki, "Neftçi" ilə bir qrupda mübarizə aparacaq komandaların Ukraynanın "Metallist", Polşanın "Polonya" və Özbəkistanın " Paxtakor" klubunun olacağı müəyyənləşib. Qeyd edək ki, "Neftçi" yanvarın 29-u Bakı vaxtilə 20:00-da ilk rəqibi "Metallist"lə qarşılaşacaq. Bundan əlavə yanvarın 30-da "Poloniya", fevralın 1-də isə "Paxtakor"la üz-üzə gələcək. Onu da qeyd edək ki, hər qrupda 1-ci yeri tutan komanda finala vəsiqəni əldə edəcək, turnirə isə fevralın 3-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB