Yunan-Roma güləşçilərimiz beynəlxalq turnirdə iştirak edir

Yunan-Roma güləşçilərimiz beynəlxalq turnirdə iştirak edir
Azərbaycanın gənc yunan-Roma güləşçiləri Yevgeni Truxinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edir. Siasport.az saytının məlumatına görə, Ukraynanın Zaporojye şəhərində yanvarın 23-dən 25-ə qədər Yevgeni Truxinin xatirəsinə həsr olunmuş Respublika turniri keçiriləcək. Məlumat üçün qeyd edək ki, yunan-Roma güləşçilərindən ibarət Azərbaycan yığma komandasının üzvləri turnirdə iştirak etmək üçün Ukraynaya səfər edib. Yığmanın böyük məşqçisi İlqar Abdulov və məşqçi Akif Əliyevin rəhbərliyi altında çıxış edəcək heyətdə 8 güləşçi yer alıb. İdmançıların siyahısı belədir:
1.Məmmədov Əli 50 kq
2. Quliyev Sakit 55 kq
3. Tağıyev Rövşən 60 kq
4. Cəfərov Ənvər 66 kq
5. Yunisli Toğrul 74 kq
6. İsmayilov Soltan 84 kq
7. Çöpsiyev Hacımurad 96 kq
8. Mehrəliyev Zaur 120 kq

Bütün xəbərlər Facebook səhifəmizdə