Türkan Məmmədyarova artıq şahmat üzrə ölkə çempionudur. Siasport.az saytı xəbər verir ki, Respublika Şahmat Mərkəzində qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub. 12 şahmatçının mübarizə apardığı yarışda Türkan Məmmədyarova Azərbaycan çempionu adını qazanıb. Çempionatda ikinci yerə Zeynəb Məmmədyarova, üçüncü yerə isə Gülnar Məmmədova sahib olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB