Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində sonuncu qarşılaşmalara start verilib. Siasport.az saytı xəbər verir ki, qitənin ən mötəbər yarışının VI turunda Bakının "Azərreyl" klubu Bakı İdman Sarayında Rumıniyanın "Tomis" klubunu qəbul edib. Olduqca gərgin və dramatik keçən qarşılaşmada komandamız 3:0 (25:20, 25:16, 27:25) hesabı ilə qalib gəlib. Digər bir voleybol klubumuz olan "Rabitə" komandası isə səfərdə "Myulhaus"un qonağı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB