Dünən İngiltərə Kuboku uğrunda keçirlən qarşılaşmada "Mançester Siti" əzəli rəqiblərindən sayılan "Mançester Yunayted"lə qarşılaşıb. Siasport.az saytı xəbər veririr ki, iki Mançester təmsilçisinin "Etihad" stadionunda keçirilən qarşılaşmasında, gülən tərəf "qırmızı şeytanlar" olub. Uen Ruuninin iki qol vurduğu, həmçinin olduqca kritik və gərgin epizodlarla yadda qalan bu qarşılaşmada qazanılan qələbə, daha çox 70 yaşını qeyd edən Aleks Fürgusyon üçün sevindirici hadisə sayıla bilər. Çünki son üç qarşılaşmada meydanı məğlubiyətlə tərk edən "Mançester Yunayted" üçün bu qələbə, öz oyununu tapmaq baxımından olduqca əhəmiyyətli sayılmalıdır. Xatırladaq ki, rəqibini 3:2 hesabı ilə məğlub edən "Mançester Yunayted"in İngiltərə Kubokundakı növbəti rəqibi "Lverpul" olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB