"Kəpəz" fəaliyyətini dayandırdı

"Kəpəz" fəaliyyətini dayandırdı

"Kəpəz" futbol klubu fəaliyyətini dayandırıb. Verilən məlumata görə, bunu klubun prezidenti Elmir Əliyev deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət olunub.

Eyni zamanda "Kəpəz"in fəaliyyətini dayandırmasının səbəbləri açıqlanmır.


Qeyd edək ki, komanda qış fasiləsinə 10-cu pillədə yollanıb. Ötən mövsüm 9-cu olan Gəncə klubu tarixi ərzində 3 dəfə Azərbaycan çempionluğu yaşayıb, 4 dəfə kuboku qazanıb.


"Kəpəz" 2006-cı ildə də fəaliyyətini dayandırmışdı. Gəncə təmsilçisi 3 illik fasilədən sonra fəaliyyətini bərpa edib Premyer Liqaya qayıtmışdı.


"Kəpəz" son bir ayda iki baş məşqçi dəyişib. Mehman Allahverdiyevin istefaya göndərilməsindən sonra baş məşqçi postunu tutan Mirbağır İsayev öz istəyi ilə klubdan ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə