“Lokomotiv” Çellenc kubokunda hansı komanda ilə qarşılaşacaq?

“Lokomotiv” Çellenc kubokunda hansı komanda ilə qarşılaşacaq?
Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol klubunun Çellenc kuboku yarışlarının onaltıdabir finalında hansı komanda ilə qarşılaşacağı məlum olub. Siasport.az saytı xəbər verir ki, təmsilçimiz Xorvatiyanın "ZOK Split" komandası ilə yanvarın 11-də səfərdə qüvvəsini sınayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu yanvarın 18-də keçiriləcək. Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə