“Yuventus” Karlos Tevezə görə 21 milyon avrosundan keçməyə hazırdır

“Yuventus” Karlos Tevezə görə 21 milyon avrosundan keçməyə hazırdır
İtaliyanın "Yuventus" futbol klubu, argentinalı Karlos Tevez üçün "Mançester Siti"yə 21 milyon avro ödəməyə hazırdır. Siasport.az saytı xəbər verir ki, "qoca sinyoritanın" menecerləri, ingilis klubunda "arzuolunmaz şəxsə" çevrilən argentinalı futbol ulduzunu əldə etmək üçün "Mançester Siti" təmsilçiləri ilə artıq intensiz danışıqlara başlayıblar. İtaliya mətbuatı xəbər verir ki, "qoca sinyorita" K.Tevezi transfere tməkdə olduqca israrlıdır. Xatırladaq ki, "Yuventus"dan əvvəl İtaliyanın başqa bir məşhur futbol klubu olan "Milan" da dikbaş K.Tevez üçün ingilis klubuna "elçi düşmüşdü". Amma nədənsə ingilislər Milanlılarla transfer məsələsində razılığa gələ bilməmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə