Qələbə “Qəbələ”yə qismət oldu

Qələbə “Qəbələ”yə qismət oldu

Unibank Premyer Liqasında XVII turun açılış qarşılaşmaları baş tutub. ANS PRESS-in məlumatına görə, turun açılış oyununda "Bakı" "Sumqayıt Şəhər", "Turan" isə "Qəbələ"ni qəbul edib. "Bakı" Maris Verpakovskisinin 55-ci dəqiqədə vurduğu qolla, "Qəbələ" isə 67-ci dəqiqədə Luiz Paulo Hilarionun qolu ilə rəqibini məğlub edib. "Bakı" bu qələbədən sonra aktivindəki xalların sayını 29-a çatdıraraq 3-cü pilləyə yüksəlib, "Qəbələ" isə aktivindəki xalların sayını 25-ə çatdıraraq 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XVII turun digər qarşılaşmaları sabah və dekabrın 17-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə