Hansı futbolçu Berti Foqtsu şoka salıb?

Hansı futbolçu Berti Foqtsu şoka salıb?

Sən demə futbol üzrə Azərbaycan millisinin almaniyalı baş məşqçisi Berti Foqts şokda imiş. Siasport.az saytı xəbər verir ki, daha 2 il də millimizin sükanı arxasında olacaq alman mütəxəssisi üzən hadisə, keçmiş futbolçusu Darren Fletçer haqda aldığı xəbərlə bağlıdır. Belə ki, "Mançester Yunayted" klubunun 27 yaşlı yarımmüdafiəçisi mədə-bağırsağındakı ağrılar ucbatından karyerasını müvəqqəti də olsa, başa vurub. Sən demə 27 yaşlı futbolçu Şotlandiya yığmasında Foqtsun rəhbərliyi altında oynayıb. B. Foqts keçmiş yetirməsinin yaşıl meydandan kənarda qalacağına inana bilmir: "Bu, ola bilməz! Mən "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyussona zəng edəcəyəm. Bu xəbər Ferqyusson üçün böyük zərbə olacaq. Bu, ümummilli faciədir. Axı Darren əla futbolçu idi. Heç kim belə olacağını düşünə belə bilməzdi".

Bütün xəbərlər Facebook səhifəmizdə