İsmayıllıda beynəlxalq turnir keçiriləcək

Dekabrın 16-18-də İsmayıllı Olimpiya İdman Kompleksində sindo-ryu və pençak-silatu döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcəkdir. AzərTAc xəbər verir ki, turnirdə Azərbaycan, Özbəkistan, İran, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və digər ölkələrdən 80 idmançı iştirak edəcəkdir. Azərbaycan idmanının şərəfini 35 idmançı qoruyacaqdır. Turnirin ən yaxşı döyüşçüləri diplom, medal və kuboklarla mükafatlandırılacaqlar. Beynəlxalq dərəcəli usta Abbas Hümbətov turnirin baş hakimi təyin edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə