İspaniyanın "Atletiko Madrid" futbol klubunun hazırkı baş məşqçisi Grigorio Manzano, artıq Madrid təmsilçisində keçirdiyi günləri bundan sonra ancaq memuarlarında xatırlaya biləcək. Siasport.az saytı xəbər verir ki, son səfər qarşılaşmasında "Espanyol"a 2:4 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi onunla yolların birdəfəlik ayrılması haqqında qərar qəbul edib. Belə ki, yalnız qarşıdakı 3 turda Madrid təmsilçisini baş məşqçi kimi meydana çıxaracaq G.Manzano, yeni ili işsiz mütəxəssis olaraq qarşılayacaq. Klub rəhbərliyi isə G.Manzanonun yerinə bir sıra nazmizədlər üzərində "baş sındırır."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB