Ünal Aysal: "Reyes istənilən an "Qalatasaray"ın futbolçu ola bilər!"

Ünal Aysal: "Reyes istənilən an "Qalatasaray"ın futbolçu ola bilər!"

İstanbulun "Qalatasaray" futbol klubunin prezidenti Ünal Aysal, Türkiyənin rəsmi dövlət televiziyası olan "TRT"-də bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, canlı yayımda "TRT"-nin "Stadyum" verilişinə qatılan "Qalatasaray" prezidenti bildirib ki, İstanbul nəhəngi, qış transfer dövründə bir sıra güclü futbolçuları heyətinə qatmağı planlaşdırır. Belə ki, aparıcının "Sizin transder gündəminizdə "Atletiko Madrid" klubunun ulduz futbolçusu Reyes də varmı?"-sualına cavab olaraq Ü.Aysal bildirib ki, artıq İspaniya təmsilçisi ilə aparılan danışıqlardan sonra Reyesi bitmiş bir transfer hesab edir. Onun dediyinə görə, futbolçunun özü ilə aparılan danışıqlardan sonra onun "Qalatasaray"a keçidində heç bir problem yoxdur. Ü.Aysal Reyesin İstanbul klubuna transfer məsələsində heç bir problem olmadığını, son sözün baş məşqçi Fatih Terimə bağlı olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə