Ağasəlim Mircavadov Berti Foqtsla müqavilənin uzadılmasına münasibət bildirdi

Ağasəlim Mircavadov Berti Foqtsla müqavilənin uzadılmasına münasibət bildirdi

Deyəsən AFFA-nın futbol üzrə Azərbaycan millisini 2014-cü ilə qədər Berti Foqtsa tapşırmaq qərarı, ciddi müzakirələrə yol açacaq. Siasport.az saytı xəbər verir ki, alman mütəxəssislə hazırkı müqavilənin müddətinin yenidən uzadılması, Azərbaycanın futbol mütəxəssisləri arasında müxtəlif reaksiyalara səbəb olub. "Onsuz da mən bilirdim ki, Berti Foqtsla müqavilənin müddəti artırılacaq". Bu açıqlama ilə Azərbaycanın millisinin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov çıxış edib."AFFA əgər onu vəzifəsidə saxlamağı qərara alıbsa, deməli, belə məsləhətdir. Onların çıxardıqları qərara hörmətlə yanaşıram. Təki atılan bu addım Azərbaycan futbolu üçün uğurlu olsun", - deyə A.Mircavadov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə