“Azərreyl” Rumıniya, “Rabitə” isə Almaniya komandası ilə qarşılaşacaq

“Azərreyl” Rumıniya, “Rabitə” isə Almaniya komandası ilə qarşılaşacaq

Qadın voleybol komandaları arasında Çempionlar liqası yarışlarında ölkəmizi "Azərreyl" və "Rabitə" klubları təmsil edəcəklər.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, D qrupunda mübarizə aparacaq "Azərreyl" ilk görüşünü səfərdə noyabrın 29-da Rumıniyanın "2004 Tomis Konstanta" komandasına qarşı keçirəcəkdir. Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran "Azərreyl" artıq Rumıniyanın Konstanta şəhərindədir.

B qrupunda yarışacaq "Rabitə" klubu dekabrın 1-də Bakıdakı "Sərhədçi Olimpiya İdman Mərkəzi"ndə Fransanın "ASPTT Mulhouse" klubunu qəbul edəcəkdir. Dekabrın 7-də isə "Rabitə" Almaniyanın "Dresdner" komandasının qonağı olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə