Bakıda voleybolçular arasında Avropa Olimpiya təsnifat turniri keçirilir

Bakıda qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsi keçirilir. Siasport.az idman portalının verdiyi məlumata görə, bu gün qrup mərhələsinin son oyunları keçiriləcək. İlk matçda Bolqarıstan millisinə uduzan Azərbaycan voleybolçuları ikinci görüşündə danimarkalı həmkarlarını sınağa çəkəcək.


Baş məşqçi Faiq Qarayevin yetirmələri yarımfinala yüksəlmək üçün danimarkalılara mütləq qalib gəlməlidirlər. Əks təqdirdə voleybolçularımız yarışı dayandırmalı olacaqlar.


Digər qrupda isə artıq Ukrayna-Çexiya matçı baş tutub. Bu oyunun qalibi qrup birincisi olacaq və yarımfinalda Azərbaycan voleybolçuları ilə qarşılaşacaq. Çünki həmyerlilərimizin yer aldığı qrupda Bolqarıstan artıq oyunlarını lider kimi başa vurub və reqlamentə əsasən digər qrupun ikincisini gözləyir.


A qrupu


10 noyabr

Ukrayna - Çexiya - 0:3


B qrupu


10 noyabr

18:30. Danimarka – Azərbaycan


Qeyd edək ki, seçmə mərhələdə birinci olacaq komanda Avropa Olimpiya təsnifat turnirində oynamaq hüququ qazanacaq. Bu mərhələnin oyunları isə Türkiyədə baş tutacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə