Şahmatçılarımız Avropa komanda çempionatının birinci turunda qələbə qazanıb
Yunanıstanın Porto-Karras şəhərində şahmat üzrə Avropa komanda çempionatı start götürüb. Avropa çempionu-Azərbaycan yığması birincilikdə "qızıl" heyətlə çıxış edir. SİA-nın verdiyi məlumata görə, komandanın heyətinə Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qadir Hüseynov və Eltac Səfərli daxildirlər.
Üçüncü reytinqə malik Azərbaycanın kişilərdən ibarət komandası birinci turda İtaliya şahmatçıları ilə görüşüb. Görüş Azərbaycan şahmatçılarının 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Qrossmeyster Şəhriyar Məmmədyarov 19-cu gedişdə Sabino Brunelliyə qalib gəlib, Vüqar Həşimov-Mixael Qoden, Teymur Rəcəbov-Fabiano Karuano və Qadir Hüseynov-Aksel Rombaldoni görüşləri heç-heçə nəticələnib.
Azərbaycanın qadınlardan ibarət şahmatçılarının rəqibləri gürcü şahmatçıları olublar. Gürcü qadınları 2,5:1,5 hesabı ilə qalib gəliblər. Zeynəb Məmmədyarova 65-ci gedişdə Lelo Cavaxişvili üzərində qələbə çalsa da Türkan Məmmədyarova Salome Meliya ilə sülh bağlayıb, Nərmin Kazımova Nazi Paikidzeyə, Gülnar Məmmədova isə Nino Xurtsidzeyə uduzublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB