Luis Araqones Arda Turanın baş məşqçisi olacaq?

Luis Araqones Arda Turanın baş məşqçisi olacaq?
İspaniya mətbuatı, Arda Turanın da heyətində çıxış etdiyi "Atletiko Madrid" futbol klubunun baş məşqçisi postuna gətiriləcək mütəxəssislərlə bağlı yeni məlumat yayıb. Siasport.az saytı xəbər verir ki, komandanın uğursuz çıxışı üzündən hazırkı baş məşqçi Grigorio Monzanonun istefaya göndəriləcəyi nə qədər olduqca real görünürsə, tezliklə klub rəhbərliyinin onun yerinə ciddi bir mütəxəssisi əyləşdirəcəyi də o dərəcədə real və qaçılmaz görünür.
"Beşiktaş"ın və Madrid "Real"ının keçmiş baş məşqçisi olmuş Bernd Şusterin Madrid təmsilçisinin sükanı arxasına keçəcəyi barədə gəzən məlumatlar, özünü hələ ki, doğrultmur. İndi isə məlum olub ki, A.Turanın baş məşqçisi olmağa daha bir iddialı namizəd də ortaya çıxıb. Bu, 2008-ci ildə İspaniya millsinin Avropa çempionu edən, İstanbulun "Fənərbaxça" futbol klubunun da baş məşqçisi olmuş Luis Araqonesdir. İspaniyalı həmkarlarımızın yazdığına görə, "Atletiko Madrid" rəhbərliyi, daha çox bu mütəxəssisin təcrübəsinə əsaslanaraq onu klubun sükanı arxasına gətirir. Həttda klub prezidentinin şəxsən "dədə" ləqəbli L.Araqoneslə götüşərək hər şeyi açıq şəkildə müzakirə etdiyi də verilən xəbərlər sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə