İdmançılarımız kunq fu üzrə dünya çempionatında 6 medal qazanıblar

İdmançılarımız kunq fu üzrə dünya çempionatında 6 medal qazanıblar
Küveytdə kunq fu üzrə yeniyetmələr və böyüklər arasında dünya çempionati keçirilib. Siasport.az saytı xəbər verir ki, mundialda Azərbaycan idmançıları uğurla mübarizə aparıblar. Çempionatda böyüklər arasında kunq fu light bolməsində Azərbaycan idmançıları Rövşən Məhərrəmzadə (60 kq), Qoşqar Əliyev (70 kq) və Bəhruz Həsənov (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kunq fu full bölməsində isə Orxan İsabəyli (65 kq) qızıl medal qazanıb. Yarışda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Əmin Məcidli bütün rəqibləri üzərində qələbə qazansa da, final döyüşündə Rusiya idmançısına xal azlığı ilə məğlub olmuş və gümüş medala sahib olub. Digər idmançımız Musa Abdullayev (80 kq) finalda ağır zədə aldığına görə ikinci yerlə kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə