"Artıq "Fənərbaxça"ya qarşı qərəzli kampaniya başlayıb"

"Artıq "Fənərbaxça"ya qarşı qərəzli kampaniya başlayıb"
Futbol üzrə Türkiyə millisinin və İstanbulun "Fənərbaxça" futbol klubunun forvardı Əmrə Belazoğlu dünən bir sıra açıqlamalarla çıxış edərək, Türkiyə çempionatında hakim qərəzlərinin baş alıb getdiyini bildirib. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça"lı milli futbolçu qarşılaşmanın 5-ci dəqiqəsində kapitan Aleks de Souzanın hakim tərəfindən birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmasını, hakimlik adına rüsvayçı fakt adlandırıb. O vurğulayıb ki, A.Souzanın qırmızı vərəqə aldığı epizod, heç sarı vərəqə göstərlicək epizod da hesab oluna bilməz: "Aleks, oyun epizodunda bilmədən dirsəyi ilə rəqib futbolçuya yüngülcə zərər toxundurdu. Bunu hakim qarışıq hər kəs aydın şəkildə gördü. O məqamda kapitan rəqib futbolçuya qarşı qəsdən toxunuşundan söhbət belə gedə bilməzdi. Çünki Aleks topa oynayırdı. Yüngül toxunuşa görə birbaşa futbolçuya qırmızı vərəqə göstərmək-, bu əsl hakim rüsvayçılığıdır. Açıq deyirəm ki, artıq "Fənərbaxça"ya qarşı qərəzli kampaniya başlayıb. İlk siqnalı dünənki qarşılaşmada hər kəs gördü."-deyə Ə.Belazoğlu fikrini tammlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə