İngiltərənin \"Arsenal\" futbol klubunun hollandiyalı kapitanı Van Persi komandanın mövcud böhrandan artıq çıxmaq üzrə olduğunu, qarşıdakı turlarda da yalnız və yalnız qələbə üçün meydana çıxacaqlarını bildirib. Siasport.az saytı xəbər verir ki, \"topçular\"ın 28 yaşlı futbol ulduzu, \"Arsenal\"ın rəsmi internet saytına verdiyi açıqlamada bildirib ki, komanda bir neçə vacib ulduz futbolçusunu itirdikdən sonra bu situasiya ilə üzləşmişdi:
\"Bir sıra ulduz futbolçularımızı itirmək, şübhəsiz ki, öz mənfi təsirini göstərməli idi. Bu da baş verdi. Amma ən əsası oldur ki, biz bu ağrılı mərhələni qısa vaxtda, daha böyük zərbələr almadan keçməyə nail olduq. İndi biz yenidən Premyer Liqanın zirvəsi üçün çalışırıq. Son turda \"Çelsi\"ni məğlub etməyimiz də bizə xüsusi güvənc verdi. Biz, eyni zamanda UEFA Çempionlar Liqasında da uğurlu çıxış etməyi yaddan çıxarmırıq. Biz böyük komanda olduğumuzu bir daha hamıya sübut edəcəyik\"-deyə fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB