"Mançester Siti"də Karlos Tevezlə "ev dustaqı" kimi davranırlar…

"Mançester Siti"də Karlos Tevezlə "ev dustaqı" kimi davranırlar…
İngiltərinin "Mançester Siti" futbol klubunun argentinalı ulduz futbolçusu Karlos Tevezə, ərəb şeyxlərinin sponsoru olduqları ingilis klubunda əsl "ev dustaqı" kimi davranılır. Siasport.az saytı xəbər verir ki, bir neçə müddət bundan əvvəl UEFA Çempionlar liqasınınn qrup mərhələsinin qarşılaşmasında, komandasının heyətində meydana çıxmaqdan imtina edən və adı baş məşqçi Roberto Mançini tərəfindən "qara siyahıya" salınan argentinalı, sən demə müqavilə müddəti qurtarana qədər klubdan heç yana ayrıla bilməz və ən ağır psixoloji şərtlər altında yaşamağa məhkumdur. Həttda həmin hadisədən sonra, bir qrup "Mançester Siti" azarkeşinin K.Tevezin yaşadığı evin önündə aksiyalar keçirərək onu ölümlə hədələmələrinə klub rəhbərliyinin soyuq davranması və heç bir münasibət bildirməməsi də argentinalıya qarşı həyata keçirilən "psixoloji işgəncə kampaniyası"nın hansı miqyasda davam etməsindən xəbər verir. İngilis "The Sun" qəzeti yazır ki, bir çox adlı-sanlı Avropa klublarının da ciddi maraq dairəsində olan argentinalı futbol ulduzu üçün astronomik transfer qiymətləri irəli sürən klub rəhbərliyi, bununla onun "cəzalandırılmasını" və hazırkı dözülməz psixoloji şərtlər altında "sındırılmasını" həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə