"Qalatasaray"ın məşqçisi Tugay Kerimoğlu, "cim bom"la yollarını ayırıb. Siasport.az saytı xəbər verir ki, Georgi Haginin baş məşqçliyi dövründə İstanbul klubunun məşqçilər korpusuna gətirilən T. Kerimoğlu, eyni zamanda klub prezidenti Adnan Polat tərəfindən "Qalatasaray" Futbol Akademiyasının rəhbəri də təyin olunmuşdu. Amma Fatih Terim baş məşqçiliyə gətiriləndən sonra artıq hazlrkı heyətdə yerini görməyən türk futbolunun tanınmış simalarından biri olan T.Kerimoğlu, bir vaxtlar çıxış etdiyi İngiltərənin "Blekbörn" futbol klubuna yenidən məşqçi olaraq geri qayıdır. Belə ki, o bundan sonra ingilis futbol klubunun aşağı yaş komandasına rəhbərlik edəcək. O, özü ilə bərabər "Qalatasaray"ın texniki heyətində çalışan Oktay Dərəlioğlunu da "dumanlı albiom"a aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB