"Neftçi" PFK-nın məşqçilər korpusunun qərarı ilə flaqmanın Premyer Liqanın "Kəpəz" klubu ilə qarşılaşmasından öncə futbolçu Elmar Baxşiyev oyun praktikasının artırılması üçün əvəzedici heyətə göndərilib. Siasport.az saytı xəbər verir ki, Elmar Baxşiyev əvəzedici heyətdə məşq prosesi keçməkdən və oynamaqdan imtina etdiyinə görə, klubun daxili intizam kodeksinə əsasən cəzalandırılıb. Bununla bağlı "Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına fikirlərini bildirib: "Kəpəz" ilə qarşılaşmadan öncə oyun praktikasını artırmaq üçün qərara aldıq ki, Elmar Baxşiyevi əvəzedici heyətə göndərək. Amma futbolçu əvəzedici heyətdə nəinki oynamaq istəmədi, məşq prosesinə qatılmaqdan da imtina etdi. "Neftçi" klubunda əvəzolunmaz futbolçu yoxdur. Biz də öz işimizdə hər zaman nizam-intizam məsələlərini daha üstün tuturuq. Ona görə də Elmar Baxşiyevin cəzalandırılması ilə bağlı klub rəhbərliyinə müraciət etdim. Klubun daxili intizam kodeksinə əsasən Elmar Baxşiyev cəzalandırıldı".
Nəzərinizə çatdıraq ki, futbolçunun klubdan ayrıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB