"Qalatasaray"da ikinci Hagı!
İstanbulun "Qalatasaray" futbol klubunun idarəçilərindən sayılan Abdurrahim Albayrak, "cim bom"lu futbolçu Tomas Ujfalusi haqqında bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, A.Albayrak "Atletiko Madrid" klubundan transfer olunan çexiyalı futbolçunun "Qalatasaray"da olduqca gözəl futbol nümayiş etdirdiyini deyərək, onu "Qalatasaray"ın və Rumuniya futbolunun əfsanəsi olan Georgi Hagı ilə müqayisə edib. O bildirib ki, çexiyalı futbolçu komanda yoldaşlarının toparlanmasında, onlara mənəvi dəstək olmaqda bir növ G.Hagını xatırladır:
"Meydanda komandasının qələbəsi üçün alın təri axıdan belə bir futbolçuya sahib olduğumuz üçün çox şanslıyıq"-deyə A.Albayrak fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə