Noyabrın 14-dən 30-dək Tiranada (Albaniya) qadınlar arasında şahmat üzrə dünya çempionu adı uğrunda matç keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Hou İfan (Çin) və Hampi Koneru (Hindistan) arasında keçiriləcək matç on partiyadan ibarət olacaq. Hər partiyada ilk 40 gediş üçün 90 dəqiqə nəzarət vaxtı, sonra nəticə əldə edilənə qədər 30 dəqiqə və birincidən başlayaraq hər gedişə 30 saniyə əlavə vaxt ayrılacaqdır.
On partiyadan sonra hesab bərabər olacağı halda noyabrın 30-da tay-breyk (hər partiya üçün 25 dəqiqə + hər gediş üçün 10 saniyə vaxt ayrılmaqla dörd sürətli partiya, sonra, ehtiyac olduğu halda, blits və "armaqeddon") olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB