Fabreqas iddialı danışdı!
İspaniyanın "Barselona" futbol klubunun ulduz futbolçusu Sers Fabreqas artıq zədəsini sağaldaraq təlim-məşq prosesinə qoşulub. Siasport.az saytı xəbər verir ki, ingilis klubu "Arsenal"dan katalonlara transfer olunan S.Fabreqas, uzun zamandır zədədən əziyyət çəkirdi və "Barselona"nın heyətində yer ala bilmirdi. Artıq ispan futbolçu qarşıdakı oyunlar bərədə düşünür. Katalon klubunun internet saytına açıqlama verən ulduz futbolçu bildirib ki, yaxın günlərdə "Barselona"nın ilk 11-liyində meydana çıxacaqına inanır və katalon azarkeşlərini vuracağı qollarla sevindirəcəyini düşünür. S.Fabreqas bu mkövsümdə də "Barselona"nın həm İspaniya La Liqasında, həm də UEFA Çempionlar Liqasında yüksək nəticələr uğrunda mübarizə aparacağını deyərək, bu uğurlara ancaq komanda şəklində nail oluna bilinəcəyini, "Barselona"nın da bu gücdə olduğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə