Xose Quardiola "Barselona" ilə olan müqaviləsini uzatmayacağını açıqladı!
İspaniyanın "Barselona" futbol klubunun 40 yaşlı baş məşqçisi Xose Quardiola, artıq katalon klubu ilə olan müqaviləsinin müddətini uzatmayacağını bəyan edib. Siasport.az saytı xəbər verir ki, X.Quardiola növbəti dəfə bəyan edib ki, o artıq yeni mühitdə yeni insanlarla çalışmaq istəyir. "Marça" yazır ki, X.Quardiolanın bu kəskin mövqeyi, görünür onun yeni futbol mövsümündən etibarən sükanı arxasına keçmək istədiyi yeni komandanın müəyyən olunması ilə bağlıdır. Yəni, ispan qəzetinin iddiasına inansaq, 40 yaşlı futbol mütəxəssisi elə indidən gələcək komandasını müəyyənləşdirib və"Barselona"dan getmək istəyini də bəribaşdan qəti şəkildə bəyan edib ki, artıq katalon klubunun rəhbərliyi onu dilə tutmağa çalışmasınlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB