UEFA Nizam İntizam Komitəsi İngiltərə milli komandasının və "Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runini 3 oyunluq diskvalifikasiyaya məruz qoyub.
Siasport.az-ın məlumatına görə, belə ağır cəzaya 26 yaşlı oyunçunun 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Çernoqoriya ilə keçirilmiş oyunda qırmızı vərəqə alması səbəb olub.
Oyunun 72-ci dəqiqəsində Runi rəqib futbolçu Miodraq Cudoviçin ayağına arxadan zərbə endirib. O, İngiltərə millisinin Ukrayna və Polşada keçiriləcək Avropa çempionatı üçün 23 nəfərlik heyətinə düşsə, qrup mərhələsindəki bütün oyunları buraxmalı olacaq. İngiltərə Futbol Assosiasiyası bu qərardan 3 gün müddətində apellyasiya verə bilər.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB